FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb

15 May 2014 10:53 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) mayın 14-də Bakıda baş verən yanğınla bağlı məlumat yayıb.

 Fövqəladə Hallar Nazirliyinin  saytında verilən xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 kv. m olan 2 otaqlı mənzildə 5 kv. m sahədə məişət tullantıları yanıb.

 

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi 1941-ci il təvəllüdlü Akimova Aleksandra Nikoloyevnanın meyiti aşkar olunaraq mənzildən çıxarılıb aidiyyatı üzrə təhvil verilib, ev sahibinin qızı isə müxtəlif xəsarətlərlə xilas edilərək Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. 

 

Yanğın zamanı 7 nəfər bina sakini təxliyə edilmişdir. Mənzil yanğından mühafizə olunub.