Daha bir prospektdə hərəkət məhdudlaşdırılacaq

15 May 2014 11:46 (UTC+04:00)

Bakının İnşaatçılar prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, bu gün axşam saat 22:00-dan etibarən paytaxtın İnşaatçılar prospektinin A.Bakıxanovla İzmir küçələrinin kəsişməsindən Hüseyn Cavid prospektinə qədər olan hissəsinə qədər yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən adıçəkilən yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.