Bəstəkar Pərviz Mahmudovun daha bir mahnısının remiks versiyası
dinləyicilərin ixtiyarına verilib. Movqe.az-ın məlumatına görə,
müğənni Günay İbrahimlinin ifa etdiyi "Ola bilərdin" mahnısının
orijinal versiyası tez bir zamanda populyarlıq qazanıb.
Sözləri Leyli-Erol İsrafilovaya məxsus mahnını Fərdi İman
arenjeman edib. P. Mahmudov kompozisiyanın remix versiyasının da
seviləcəyinə əmindir.