Jurnalist Azər Nəsibovun müəllifi olduğu "Mənə nə" adlı mahnıya çəkilən klipin təqdimat mərasimi olub.
Movqe.az- ın məlumatına görə, mahnının ifaçısı Müşviq yeni klipini təqdim etdi. Fərqli və maraqlı tərzi ilə seçilən klipi rejissor Rəhman Əliyev ekranlaşdırıb. Operator işi Deleeyə, montajı Səidə aiddir.
Yayın hitlərindən olacaq "Mənə nə"nin klipində müğənninin tərəf müqabili İTV-nin aparıcısı, model Brilliant Bəhmənovadır.
Qeyd edək ki, gənc müğənniyə ən böyük dəstəyi, xeyir-duanı xalq artisti Nisə Qasımova verib.