Obama yenə hədələdi
17 May 2014 14:00 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama növbəti dəfə Rusiyanı
sanksiyalarla hədələyib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Obama bu barədə fransalı həmkarı Fransua Ollandla telefon danışığı
zamanı deyib. ABŞ prezidenti bəyan edib ki, Rusiya Ukraynaya qarşı
siyasətini dəyişməyəcəyi təqdirdə, ABŞ bu ölkəyə qarşı əlavə
sanksiyalar tətbiq edəcək.
Bununla yanaşı, Barak Obama Ukrayna hökumətinin
azad və ədalətli prezident seçkiləri yolu ilə ölkəni birləşdirmək
səylərini yüksək qiymətləndirdiyini deyib.