Bu ölkə matəmdədir
17 May 2014 18:27 (UTC+04:00)
Laosun Hərbi Hava Qüvvələrinin hərbçilərini aparan
təyyarə qəzaya uğrayıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
təyyarədə ölkənin müdafiə naziri də olub. Laos Xalq Demokratik
Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə ümumilikdə
14 adam və yüksək rütbəli hərbiçilər olub. Sineq Kuan əyalətinə
uçan təyyarədəki nümayəndə heyəti Laosun Xalq Orudusu Dviziyasının
55 illik yubiley tədbirlərinə qatılmaq
niyyətindəymişlər.
Qəzaya uğrayan təyyarə Sineq Kuan əyalətinin 4
kilometr yaxınlığında yerə düşüb. Hadisə yerindən hələlik 9 nəfərin
cəsədi tapılıb. Laosun müdafiə naziri və xanımı, ictimai
təhlükəsizlik naziri və Ventyan şəhərinin meri də qəzaya düşənlər
arasındadır. Təyyarə qəzası ilə ölkədə xalq dviziyasının 55 illik
yubileyinə həsr olunmuş tədbirlər və hərbi parad təxirə
salınıb.