Ərdoğan Soma üçün möhtəşəm şeir yazdı (VİDEO)

18 May 2014 11:04 (UTC+04:00)
Türk şairi Soma faciə qurbanlarına aid möhtəşəm şeir yazıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, türk rejissoru, şair-aktyor Yılmaz Ərdoğanın Soma qurbanı olmuş mədən işçilərinə həsr etdiyi şeir çox gecikməyib və ötən gün yayımlanıb.

Ssenarisini yazıb ərsəyə gətirdiyi "Kelebeğin rüyası" filmində də Zonqultağ şəhərindəki kömür mədənlərini və oradakı işçilərin həyatını göstərən sənətçi Soma faciəsinin qurbanları üçün yazdığı şeirlə də böyük rəğbət toplayıb. 

Şair "Çizmeler" ("Çəkmələr") adlı sözügedən şeirində faciə zamanı xilas edilənlərdən birinin "çəkməmi çıxarımmı, xərək bulaşmasın" cümləsinə toxunaraq, "çıxardın çəkmələrinizi, dünya kirlənməsin" deyir.

Qeyd edək ki, Somadakı mədən faciəsində 301 nəfər işçi həyatını itirib, 485 işçi faciədən canlı olaraq xilas olub.