Onlara şəhid statusu verildi
18 May 2014 17:00 (UTC+04:00)
Türkiyənin Soma mədənində baş verən faciədə
həyatlarını itirənlərə şəhid statusu veriləcək.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Soma faciəsi ilə əlaqədar
təlimat verib.
Təlimata əsasən terror aktları zamanı həyatını
itirən şəxslər üçün işlədilən "mülki şəhid" ifadəsi Soma faciəsi
zamanı həlak olan mədənçilər üçün də istifadə
olunacaq.
Belə ki, bundan sonra Somada həlak olan mədənçilər
barəsində "mülki şəhid" ifadəsi işlədiləcək.
Təlimata əsasən həlak olan mədənçilərin ailə
üzvləri qısa müddət ərzində iş və maaşla təmin
ediləcək.
Qeyd edək ki, Somadakı mədən faciəsində həyatını
itirən işçi sayı 301-ə çatıb. 485 işçi faciədən canlı olaraq xilas
olub.