14 və 16 yaşlı yeniyetmələr göldə boğuldular

18 May 2014 20:00 (UTC+04:00)
Dünən axşam Masallıda yeniyetmələrin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə mayın 17-də saat 20:30 radələrində qeydə alınıb.

Boğulanlar Bakı şəhər sakinləri - 1998-ci il təvəllüdlü Canpolad Gülyaz oğlu İsmayılov və 2000-ci il təvəllüdlü Xəyal Namiq oğlu Novruzovdur.

Onlar göldə çimərkən boğulub. Hər iki yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.