Ərdoğanın yumruqladığı şəxs ondan üzr istədi
18 May 2014 21:29 (UTC+04:00)
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Soma
ziyarəti zamanı marketdə vurduğu şəxs baş nazirdən üzr
istəyib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Taner Kuruca adlı şəxs Ərdoğanın onu vurmadığını, əksinə olaraq onu
müdafiə etdiyini söyləyib:
"Mühafizəçilər müdaxilə etmək istəyərkən baş nazir
onları kənara itələdi. Mən o görüntülərin yayımlanmasından sonra,
internet saytlarına və televiziyalara zəng vurdum. O axşam çıxdığım
canlı yayımda isə yalnış sözlər söylədim. Baş nazirdən üzr
istəyirəm".
Xatırladaq ki, bir neçə gün öncə Somada kömür
mədənində baş verən faciə yerinə gedən Türkiyə baş naziri Rəcəb
Tayyib Ərdoğan etirazla qarşılanmışdı. Baş nazirin maşını daşa
basılıb. Ərdoğan marketlərdən birinə girərək etirazçılardan
gizlənib. Bu gün isə baş nazirin sığındığı marketdə bir şəxsi
yumruqla vurmasını əks etdirən video internetə
yüklənib.
Qeyd edək ki, Soma kömür mədənində mayın 13-də
günorta saatlarında transformator partlayışı olub. Son məlumatlara
görə, ölənlərin sayı 301-ə çatıb