Azərbaycanda işə yeni qəbul olunmuş müəllimlər üçün andiçmə mərasimi keçiriləcək. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, bu, Azərbaycan təhsil naziri Mikayıl Cabbarovun imzaladığı "Müəllimlərin etik davranış qaydaları"nda nəzərdə tutulub. Qaydalara görə, müəllim ilk dəfə daimi işə qəbul olunarkan "Azərbaycan Respublikası Konstitusiyasına va qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacagıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər va digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracagıma, müəllim adını və şərəfini uca tutacagıma and icirəm" deyərək and içəcək. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayragı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçiriləcək.