Bakıda fəhlələr zəhərləndilər

20 May 2014 14:07 (UTC+04:00)

Bakıda 3 nəfər metan qazından zəhərlənib. Bu barədə məlumat Anspress-ə Daxili İşlər nazirliyinin mətbuat xidmətindən verilib. 


Hadisə Binəqədi rayonu Xarici Dairəvi küçəsində kanalizasiya quyusu qazılan zaman baş verib. Quyu qazan fəhlələr - Bakı şəhər sakinləri Fazil Qasımov, Namiq Ağayev və Coşqun Novruzov quyuya sızmış metan qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.