Azərbaycanda Ramazan ayının başlanma vaxtı açıqlandı

20 May 2014 15:21 (UTC+04:00)

Azərbaycanda Ramazan ayının başlanmasını xəbər verən yeni ay iyunun 27-si saat 13:11-də görünəcək. Bu barədə  movqe.az  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Növbəti ay iyulun 27-də saat 03:43 dəqiqədə təzələnəcək. Ramazan ayının başlanması ilə əlaqədar fətva Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək.  Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin ötən il dekabrın 17-də verdiyi qərarla bu il iyulun 28-29-u Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.