Ən çox ana ölümü hardadır?

21 May 2014 12:04 (UTC+04:00)
 Movqe.Az xəbər verir ki, inkişaf etmiş ölkələr içərisində doğum əsnasında ana ölümlərinin artdığı yeganə ölkənin ABŞ olduğu bildirilib. Vaşinqton Universitetinin qlobal sağlamlıq araşdırma mərkəzi Sağlamlıq Ölçüləri və Qiymətləndirmə İnstitutu tərəfindən edilən araşdırmaya görə, ABŞ-da doğum sırasındakı ana ölümləri artıb.


 Beləcə  ABŞ, az inkişaf etmiş ölkələr olan Əfqanıstan, Çad və Svaziland ilə eyni kateqoriyada yerləşir. Dünya sıralarında 60-cı yerdə olan ABŞ, bu mövqesiylə bütün inkişaf etmiş ölkələrdən geridə qalır.