Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ötən gün axşam saatlarında rayonun Əliabad kənd sakini, 1992-ci il təvəllüdlü Əliyeva Rəqsanə Əziz qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Rəqsanə Əliyevanın yaxınları ilə aparılan sorğu zamanı məlum olub ki, o kimyəvi maddə olan xloru meyvə şirəsi bilərək qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəqsanə Əliyevaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib. Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Rəqsanə Əliyevanın kimyəvi maddəni hansı məqsədlə içdiyi araşdırmalardan sonra məlum olacaq.