Televiziyaların hər birinə 200 min manat ayrıldı – Sərəncam

21 May 2014 18:16 (UTC+04:00)

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan Movqe.az-a verilən məlumata görə, iclasda Azərbaycanda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında ölkə Prezidentinin 4 aprel 2013-cü il tarixli Sərəncamına əsasən milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 (iki yüz) min manat məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib.