Prezident İlham Əliyev mayın 22-də Avropa Şurasının baş katibi Torbyorn Yaqlandı qəbul edib. Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd olunub, sivilizasiyalararası dialoqda və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın rolu xüsusi vurğulanıb, əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
(AzərTAc)