Xalq artisti Aygün Kazımovanın qəzaya düşdüyü və qəza zamanı dünyasını dəyişməsi xəbəri yayılıb. Sosial şəbəkədə A. Kazımovanın şəklini və bu sözləri paylaşıblar: "Bu gün saat 18:15-də avtomobil qəzası keçirən Aygün Kazımova elə yerindəcə dünyasını dəyişib. Allah rəhmət etsin ! "
Mövqe.az xəbər verir ki, yalan xəbərə ilk reaksiya müğənninin dostu prodüsser Tolikdən gəlib: " Bunu kim yazıb, ya yazdırıbsa, əzizinin başına gəlsin. Adam reklam məqsədi güdüb, insanları yalan xəbərlə öz səhifəsinə ya da ki, profilinə celb etməz ! Aygünün ölümünü istəyənin əzizi ölsün. Aygün də, mən də gəlim onların yasına! ".