Bakı Şəhəri Təhsil İdarəsi Texniki Humanitar liseydə şagirdlər üçün keçirilmiş monitorinqin nəticələrini ləğv edib. İdarədən Movqe.az-a verilən məlumata görə, Texniki Humanitar liseydə keçirilmiş monitorinq valideynlər tərəfindən narazılıqla qarşılanıb və sualların proqrama uyğun tərtib edilməməsi bildirilib. Bu səbəbdən Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən suallar araşdırılıb və müəyyən sualların proqramdan kənar olması aşkarlanıb. İdarə monitorinqin nəticələrini ləğv edib. Bu gün BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli təhsil müəssisəsində olaraq bu qərarı pedaqoji kollektivin və valideynlərin diqqətinə çatdırıb.