""Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində tikilən evlərdən çıxmaqdan imtina edən məcburi köçkünlərlə bağlı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin görə biləcəyi bir iş yoxdur. Biz o ərazidə yaşayan 32 məcburi köçkün ailəsinin hər birini Mehdiabad qəsəbəsində evlə təmin etmişik.
"Bakı Metropoliteni" QSC üç məhkəmə instansiyasının hər birindən keçib. İndi məcburi köçkünlərin ordan çıxarılması məhkəmə icarçılarının işidir".
Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbəsin
Sənan Hüseynov söyləyib. S.Hüseynov bildirib ki,
"Bakı Metropoliteni" QSC
həmin məcburi köçkünlərlə bağlı aralarında yaranmış mübahisəni sivi formada, hüquqi müstəvidə həll edib. Yerdə qalan iş məhkəmə icraçıları tərəfindən görülməlidir.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC "Dərnəgül" Elektrik
Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində tikilən evlərin
söküntüsü üçün son xəbərdarlıq edib. Dünən "Bakı Metropoliteni"
QSC-nin nümayəndələri 7-ci mikrorayon, "Xarici dairəvi" küçəsi,
3126/27-ci məhəlləyə gələrək əraziləri zəbt edən məcburi köçkünlərə
sonuncu xəbərdarlıq olunub.Bakı Şəhər Xalq Deputatları Sovetinin
İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il tarixli qərarı ilə Bakı
Metropoliteninin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan
"Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonu, 7-ci
mikrarayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə 17,1 ha
torpaq sahəsi ayrılıb."Bakı Metropoliteni" QSC-nin mətbuat
xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə bildirib ki,
müəyyən səbəblərdən tikinti işləri müvəqqəti dayandırılmış həmin
torpaq sahəsi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən
zəbt olunub. Siyahıyaalınma zamanı müəyyən edilib ki, həmin ərazidə
83-ü məcburi köçkünlərə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi
var. Orada yaşayan yerli sakinlərə kompensasiya ödənilərək ərazidən
köçürmələrinə nail olunub. Məcburi köçkünlərin köçürülməsi ilə
bağlı bir sıra tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin hər
biri mənzillə təmin olunsa da, 6 ailə köçməkdən imtina
edir.N.Paşayevin sözlərinə görə, 6 ailənin hər birinin adına
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
tərəfindən Mehdiabad qəsəbində mənzil verilib. Lakin məcburi
köçkünlər "Bakı Metropoliteni" QSC-dən əlavə olaraq kompensasiya
tələb edir. Metropoliten isə evlərin sökülməsi və tikinti
materialların daşınması üçün lazımi köməyi təklif edir.Xatırladaq
ki, köçmək istəməyən məcburi köçkünlər məhkəmələrə müraciət
ediblər, lakin onların iddiaları təmin edilməyib.
1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 10 iyul 2013-cü il
tarixli qərardadı ilə hazırda iddiaçıların yaşadığı evlərin,
həyətlərin dağıdılması, yolun çəkilməsi ilə bağlı müəyyən
hərəkətlərin edilməsi Bakı Metropoliteninə qadağan edilsə də, 19
avqust 2013-cü il tarixli qərarı ilə iddiaçıların tələbi rədd
edildiyindən, məhkəmə əvvəlki qərardadını ləğv edib və
Metropolitenə söküntü işlərinin aparılması üçün qoyduğu qadağanı
aradan qaldırıb.Bununla bağlı Ali Məhkəmənin İnzibati İqtisadi
Kollegiyası 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Apelyasiya
Məhkəməsinin müvafiq qərarını dəyişdirmədən saxlayıb və
iddiaçıların kassasiya şikayətini təmin etməyib. Buna görə də "Bakı
Metropoliteni" QSC söküntü işlərini davam etdirilir.