Azərbaycan Portuqaliya ilə üz-üzə

23 May 2014 00:12 (UTC+04:00)
Voleybol üzrə Avropa Çempionatında qadınların yarışında çıxış edən Azərbaycan millisi bu gün mübarizəyə başlayır.

Azərbaycan Voleybol Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, D qrupunda yer alan komandamız II seçmə mərhələ çərçivəsində Portuqaliya yığmasıyla qarşılaşacaq. Oyun yerli vaxtla 17:30-da başlayacaq. 

Qeyd edək ki, Bolqarıstanda baş tutan seçmə mərhələdə Faiq Qarayevin yetirmələri həmçinin, meydan sahibləri və Yunanıstanla da oyun keçirəcəklər. Günün ikinci görüşündə Bolqarıstan və Yunanıstan 19:00-da üz-üzə gələcəklər.