Bu gün səhər Azərbaycanda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla 07:04:47-də Lənkərandan 28 km şimal-qərbdə, Masallıda qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 20 km olub. Zəlzələ hiss olunmayıb.