Mafiya rəhbəri hönkür-hönkür ağladı

23 May 2014 18:43 (UTC+04:00)

Movqe.az radikal.com.tr saytına istinadən xəbər verir ki, Çində son illərin ən böyük mütəşəkkil cinayətkarlıqda ittiham olunan dəstənin məhkəmə prosesi başa çatıb. Çində mədənçilik sektorundakı ən böyük şirkətlərdən olan "Hanlog" qrupunun sahibi Liu Xan və qardaşı Liu Ve, mütəşəkkil cinayətkar qrupun yaradılması və idarə edilməsində ittiham olunublar. Məhkəmədə edam cəzası qərarı verilib. Lui Xan edam cəzası qərarını eşidincə göz yaşlarını saxlaya bilməyib.