Çökən binada 500 nəfərə yaxın ölən olub
24 May 2014 11:03 (UTC+04:00)
Şimali Koreyanın paytaxtı Pxenyanda mayın 13-də
çökən binada ölənləri sayı açıqlanıb. Movqe.az ANS PRESS-ə
istinadən xəbər verir ki, Cənubi Koreyada nəşr olunan "Chosun İlbo"
qəzeti çökən 23 mərtəbəli binada 400 ilə 490 arasında insanın
öldüyünü yazıb.
Qəzetin xəbərinə görə, 92 mənzilli binanın axşam
saat 17 radələrində çökdüyü, bu səbəbdən də ölənlərin
əksəriyyətinin yaşlılar və məktəbdən qayıdan uşaqlar olduğu
bildirilir. Xəbərdə həmçinin binada imkanlı şəxslərlə Fəhlə
partiyası üzvlərinin yaşadığı iddia olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Şimali Koreyada
yaşayış binasının çökməsi barədə xəbərlər yayılmış, ölkə prezidenti
Kim Çen Ilın baş verənlərə görə təəssüfləndiyi və səhərə qədər
yatmadığı bildirilmişdi.