Masallıda qadın ərini öldürdü
25 May 2014 14:15 (UTC+04:00)
Masallı rayonunda qadın ərini bıçaqlayaraq
öldürüb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
hadisə bu gecə səhərə yaxın rayonun Qəriblər kəndində qeydə alınıb.
1984-cü il təvəllüdlü kənd sakini Əzizova Gülnarə İsmayıl qızı,
1984-cü il təvəllüdlü həyat yoldaşı Ağayev Azər Azadxan oğlunu
bıçaqlayıb.
Hadisənin ailə münaqişəsi zəmnində törədildiyi
bildirilir. Bıçaqlanan şəxsin tüfeyli həyat tərzi keçirdiyi və
ailəsini incitdiyi də bildirilir. İçkili vəziyyətdə evə gələn kişi
xanımını döyüb. Daha sonra kişinin bu hərəkətlərinə dözməyən qadın
çıxış yolunu həyata yoldaşını bıçaqlamada görüb. Nəticədə xanımı
tərəfindən bir bıçaq zərbəsi alan kişi hadisə yerindəcə
ölüb.
Hadisə ilə əlaqədar olaraq Masallı Rayon
Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.