Ermənilər yenə hücuma keçdi
25 May 2014 15:09 (UTC+04:00)
Ermənistan silahlı qüvvələri Füzuli rayonunun
Qaraxanbəyli kəndinin yaxınlığındakı yüksəkliklərdən rayonun təmas
xəttində yerləşən Alxanlı kəndini atəşə
tutub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
qarşı tərəf əsasən iri çaplı silahlardan istifadə
ediblər.
Atışma təqribən saat 24:00 radələrindən başlayıb.
Hazırda davam edir. Kənd sakinləri təhlükəsizlik üçün evlərdəki
işıqları söndürmək məcburiyyətində qalıb. Əldə etdiyimiz məlumata
görə, sakinlər arasında xəsarət alan yoxdur.
Hazırda atışma davam edir.
Xatırladaq ki, mayın 21-dən 22-nə keçən gecə
erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində
müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə
basqın etməyə cəhd göstərmişdi.