Ərdoğanın yolunu kəsənləri tutdular

25 May 2014 18:14 (UTC+04:00)
Almaniya səfəri zamanı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın maşın karvanını dayandırmağa çalışan şəxslər polis tərəfindən saxlanılıb. 

Movqe.az ANS PRESS- ə istinadən xəbər verir ki, dörd nəfər Almaniyanın Köln şəhərində Ərdoğanın maşın karvanının hərəkətinə mane olmağa çalışıb. 

Köln polisi tərəfindən verilən yazılı açıqlamada həmin şəxslərin saxlandıqları və onlar barəsində müvafiq tədbirlərin görüldüyü qeyd olunub.

Köln şəhərində Ərdoğanın əleyhinə etiraz aksiyaları təşkil edilib. Bu zamanı baş nazirin fotosunu nasional-sosializimin simvolları ilə bir yerdə tutan şəxs də polis tərəfindən saxlanılıb.