Hər il bir milyon Azərbaycan vətəndaşı İrana müalicəyə gedir
25 May 2014 19:05 (UTC+04:00)
İldə bir milyon Azərbaycan vətəndaşı müalicə
məqsədi ilə İrana səfər edir.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu
statistikanı İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün
İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə
açıqlayıb.
Səfir Azərbaycan vətəndaşlarının əsasən Tehran,
Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil əyalətlərinə səfər
etdiklərini bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 1000
İran vətəndaşı yaşayır ki, onlardan 700 nəfəri tələbədir. Orta
hesabla hər il İrandan Azərbaycana 200-250 min nəfər turist səfər
edir.
Möhsün Pakayin Azərbaycanda 500 İran şirkətinin
qeydiyyatdan keçdiyini də qeyd edib.