Ukrayna seçkisindən maraqlı görüntülər dünya
mediasında yayılıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ən
maraqlı şəkil ölkənin qərbində yerləşən Lvov şəhərində çəkilib.
Burada seçki məntəqələrindən birində valideyni ilə "səs" verməyə
gələn qızcığaz hərbçinin tapançasına baxır.
Qeyd edək ki, mayın 25-də Ukraynada prezident
seçkisi keçirilir. Ölkənin müxtəlif regionlarından çəkilən fotoları
sizin diqqətinizə çatdırırıq.
Ukraynanın eks baş naziri, prezidentliyə namizəd
Yuliya Tymoşenko Dnepropetrovsk şəhərində əri və qızı ilə birlikdə
seçki məntəqəsinə gəlib.
Baş nazir Arseni Yatsenyuk Kiyevdə səs
verir.
Rusiyaya ilhaq edilmiş Krım yarımadasının bir qrup
tatar sakini isə səs vermək üçün qonşu Xerson vilayətinə
gedir.
Prezidentliyə ən real namizəd Petro Poraşenko
Kiyev şəhərində səs verəndən sonrta jurnalistlərlə söhbət
edir.
UDAR partiyasının lideri Vitali Kliçko də paytaxt
Kiyevdə seçki məntəqəsinə gəlib.