Azərbaycanda qara ciyər transplantasiyasının şok qiyməti

26 May 2014 14:35 (UTC+04:00)

Azərbaycanda son vaxtlar qara ciyər serrozu xəstəliyindən əziyyət çəkən xəstələrlə bağlı məlumatlar daha çox yayılır. Buna misal kimi iki məşhur şəxsin bu xəstəlikdən müalicəsini xatırlatmaq kifayətdir. Xatırladaq ki, tanınmış müğənni Baloğlan Əşrəfovu bir neçə il öncə ölümlə üz-üzə qoyan bu xəstəlikdən, müğənni Türkiyədə qara ciyərin transplantasiyası ilə həyata qayıda bildi.  sevimli aktyor Yaşar Nuri də qara ciyər serrozu xəstəliyindən uzun müddərt Türkiyədə müalicə aldı. Qara ciyər serrozundan əziyyət çəkən məşhurların siyahısına daha biri, tanınmış yazar Aqşin Yenisey də əlavə olunub. Qeyd edək ki illər öncə ölkəmizdə qara ciyərin transplantasiyası mümkünsüz olsa da, hazırda Azərbaycanda orqan nəqli sahəsində əldə olunmuş naliyyətlər nəticəsində qara ciyərin köçürülməsi də mümkündür. Bu əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasında aparılır. Xəstəxanadan Movqe.az-a verilən məlumata görə, qara ciyərin transplantasiyası əməliyyatı ümumi cərrah, cərrah transplantoloq, Tibb Üzrə Fəlsəfə Doktoru Mircəlal Kazimi tərəfindən aparılır.  Xəstəxanadan bildirdilər ki, qara ciyər transplantasiyasının qiyməti 55 min manata başa gəlir. Bunun üzərinə donorun haqqını da gəlsək məbləğ kifayət qədər böyüyə bilər. Qeyd edək ki, xarici ölkələrdə qara ciyərin köçürülməsi əməliyyatlarının qiyməti ölkələrdən asılı olaraq müxtəlif qiymətədir. Hazırda xarici klinikalarda qaraciyərin transplantasiyası ölkədən asılı olaraq 60-150 min dollara başa gəlir. Xatırladaq ki, canli şəkildə verilən  qara ciyərin köçürülməsi, canlı donordan alınan qaraciyərin (canlı donor üçün arxada lazımı miqdarda qaraciyər qalması şərti ilə) xəstəyə yerləşdirilməsini əhatə edən kompleks cərrahi müdaxilədir. Qara ciyər donorları 19-60 yaşları arasında (18 yaşı olmuş) və ağıl çatışmamazlığı,  hər hansı bir xəstəliyi olmayan insanlar olmalıdır. Qiymətləndirmə əsnasında donor təhlükəsizliyi bütün orqan transplantasiya qrupu üçün ən mühüm elementdir. Potansial donor namizədinə orqan transplantasiya qrupu tərəfindən aparılan klinika müayinəsi və laboratoriya testləri əsnasında hər hansı bir zərər dəyə biləcəyinə aid bir tapıntıya rast gəlinirsə testlər o anda dayandırılır. Hazırlıq vaxtı donorun səhətinə və xəstənin təcili olmasından asılı olaraq günlər, həftələr, bəzən də aylar cəkir. Birdən çox donora namizəd vardırsa, aparılan kliniki müayinə və laboratoriya testləri zəminində namizədlər arasında sıralama aparılır və ən uyğun namizəd ilə  testlərə başlanır.

İlkin olaraq xəstə ilə qan qrupu uyğunluğu olanlardan qohumluğu və ya hər hansı bir şəkildə könülü olan şəxslər donor ola bilərlər. Donor namizədi olan şəxs cərrahi yolla böyük bir əməliyyat ilə qarşılaşdığından bir sıra tibbi müayinədən keçirilir. Donorun təmamilə sağlam olması lazımdır.