Saxta mobil telefonlardan uşaqlara dəhşətli təhlükə

26 May 2014 18:45 (UTC+04:00)

Bu günlərdə alimlərtərəfindənmobil telefonların ziyanlılığı təsdiqlənib. Mobil telefonların bir sıra xəstəliklərəyol açdığı barədə dəfələrləməlumatlaryayılsada, bu məlumatlarelmi təsdiqini tapmadığından dünyada mobil telefonlar insan sağlamlığıüçün təhlükə mənbəyi sayılmırdı. Amma tədqiqatçı Lloyd Morqanın yer üzündəki insanları beyin xərçəngi panepidemiyasıriskiningözlədiyibarədəverdiyiməlumatı  mobiltelefonlarınsağlamlığınqənimiolduğunubir daha təsdiqləyib. Məlumatagörə, yeni tədqiqatların nəticəsində mobil telefondançox istifadənin beyin xərçənginin yaranma riskini 50 dəfə artırdığı üzə çıxıb Məlumolub ki, mobil telefonla ünsiyyət həm beyin, həmçinin ağız şirəsi vəzi yaradırAlimlər hesab edirlər ki, mobil telefonlarinsanlarınsağlamlığınasiqaretdən ağır təsir göstərir.  Britaniyalı beyin cərrahı Vini Kurana mobil telefonların insan orqanizmində ciddi fəsadlar törətməsi qənaətinə gəlib. O, hökuməti bu fəsadların aradan qaldırılmasında köməyə çağırıb. Alim təklif edib ki, ilk növbədə mobil telefonların radiasiya səviyyəsi aşağı salınmalıdır. Rusiyanın baş dövlət sanitar həkimi Gennadi Onişenko isə hesab edir ki, mobil telefonlar xərcəng xəstəliyinin mənbəyidir. Baş sanitar həkim , mobil telefonların bir çox fəsadlar, eləcə də, xərçəng şişləri yaratmasının artıq sübut olunduğunu, mobil telefonların işi zamanı yaranan qısadalğalı, yüksək tezlikli, kiçik elektromaqnit şüalanmasının orqanizmin genetik strukturuna da təsir etdiyini bildirib. Qeyd edək ki, Azərbaycan da əhalisinin mobil telefondan istifadəsinə görə lider ölkələr siyahısındadır. ELS araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova hazırda mobil telefonla bağlı ölkədə ən böyük təhlükənin azyaşlılar arasında olduğunu söyləyir. Mərkəz rəhbəri deyir ki, aparılan sorğular göstərib ki, uşaqlar arasında mobil telefondan istifadə geniş yayılıb: "Valideynlər məktəbə gedən uşaqlarına əlaqə saxlamaq üçün mobil telefon verirlər. Bu çox təhlükəlidir. Alimlərin verdiyi son məlumatlara görə, mobil telefon uşağa passiv siqaret çəkməkdən daha çox ziyandır. İndiki dövrdə praktik olaraq bütün valideynlər öz uşaqlarına telefon alır. Halbuki mobil telefon əhəmiyyətli dərəcədə azyaşlıların sağlamlığa təsiretmə qabiliyyətinə malikdir. Mobil telefonun orqanizmə zərərli təsirlərindən beyin xərçəngi kimi xəstəliklər əmələ gəlir. Bu il Avropada bir çox ölkələrin hökumətləri uşaqlar tərəfindən mobil telefonların istifadəsini qadağan etmək təklifi ilə çıxış ediblər. Tədqiqatçıların verdiyi məlumatlara görə, beyin şişi xəstəliyinə tutulanların sayı çox böyük sürətlə artır. Mobil telefonlar bazarı da eyni sürətlə inkişaf edir. Həkimlər hesab edir ki, əgər indi uşaqlar mobil telefonların zərərli təsirindən qorunmasa, sonra çox gec olacaq. Ona görə də, Azərbaycanda da mobil telefonun ziyanlılığı barədə geniş təbliğat kampaniyası aparılmalıdır. Hətta abonentlərə mobil telefondan istifadə barədə də məlumatlar verilməlidir. Mobil telefon istifadəçilərindən kişilərin çoxu bu əşyanı ürəklərinin yaxudda qara ciyərlərinin üzərində gəzdirirlər. Həssas orqanlar bu vəziyyətdə şüalanmaya məruz qalır ki, bu da bir müddət sonra hansısa orqanda şiş tapılması ilə nəticələnir".

İKT  sahəsi üzrə mütəxəssis Əziz Elxanoğlu isə  deyir ki, mobil telefonların hər birində şüalanma olsa da, saxta variantlarında radiasiya daha çoxdur: " Alimlərin hesablamalarına görə, hətta 0,3 vt/kq səviyyəli şüalanmada belə orqanizmdəki hüceyrələrdə fəsadlı proseslər başlayır. Halbuki GSM standartında işləyən telefonlarda şüalanma səviyyəsi əksər hallarda 1 vt/kq-a çatır. Mobil telefonlarda radiasiya qoruyucu vasitələr olsa da, bu şüalanmanın qarşısını tam ala bilmir. Ona görə də, hazırda bütün dünyada yeni texnologiyalar tətbiq etməklə mobil telefonlarda şüalanmanı minimuma endirməyə çalışırlar".

Mütəxəssis hazırki vəziyyətdə çıxış yolunun ancaq daha çox şüalanma yaradan saxta mobil telefonlardan istifadədən çəkinməkdə görür.