Sabah Azərbaycanın bəzi yerlərində havanın
temperaturu 35 dərəcəyə kimi yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan publika.az-a
verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında
hava şəraiti gün ərzində dəyişkən buludlu olacaq, arabir tutulacaq.
Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Gündüz mülayim çənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 24-29 dərəcə isti olacaq.
Mayın 28-də Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda bəzi yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.