Aqil M.Quliyev:" Zır kayfda camaata elm öyrədən, qeyrətdən dəm vuran şou-əhlinin anaları..."

27 May 2014 17:42 (UTC+04:00)

Aqil M. Quliyev yenidən səmimi etirafları ilə gündəmə gəlib. Mövqe.az xəbər verir ki, rejissor bir zamanlar narkotik vasitələrdən istifadə etdiyini açıq-aydın etiraf edib: "Bu gün mənim üçün çox əsəbi başlayıb... Anam bu axşam ATV-də yayımlanacaq "Düz üzünə" verilişinin anonsunu görüb. Bəlkə bu mənim son illərdə ən səmimi etirafım, ən açıq söhbətimdir. Mən həmişə çalışmışam olduğum kimi görsənim, görsəndiyim kimi olum. Amma bu cəmiyyətin anamla bir yerdə çalışan xanımları hələ veriliş efirə getməmiş anamla işdə soyuq davranmağa başlayıb. Bu yalnız başlanğıcdır. Ən gülməlisi odur ki, mənim söhbətim yalnız özümdən və sənətdəndir... Anonsda "Siz narkotiklərdən nə vaxtsa istifadə etmisiniz" sualına mən səmimi "Bəli" cavabı vermişəm... Bəli... Olub... Keçib...Efiri yalanlarla doldurub, xalqın sənətkarlara olan-qalan hörmətini itirən, yüz oyundardan çıxıb, ədəb-ərkanla ailə həyatı quran, zır kayfda camaata elm öyrədən, namus-qeyrətdən dəm vuran şou-əhlinin anaları hörmətli xanım oldu... Mənim anama isə düz söz danışdığım üçün soyuq salam verirlər...Bu ikiüzdülük nə vaxta qədər davam edəcək görəsən...".