Ermənilər itkiləri barədə məlumat yaydılar
28 May 2014 15:19 (UTC+04:00)
Ermənilər kəşfiyyat-diversiya qrupunun hücumu
nəticəsində aldıqları itki barədə məlumat
yayıblar.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
erməni KİV qruplaşmalarının Azərbaycan postuna
kəşfiyyat-diversiyaya cəhd etməsini inkar edərək əksinə Azərbaycan
hərbçilərinin hücuma keçdiyini iddia ediblər. Məlumata görə,
ermənilər bir itki verib. Baş əsgər (yefreytor) Erik Qasparyan
öldürülüb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin
yaydığı məlumatda erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə
postumuza basqın etməyə cəhd göstərdiyi
bildirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, mayın
27-də axşam saatlarında və 28-nə keçən gecə erməni
kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində
müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə
növbəti dəfə basqın etməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və
zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin
cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri
çəkilməyə məcbur edilib.
Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını
alarkən Silahlı Qüvvələrimizin bölmələri itki
verib.
Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1982-ci il
təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu döyüş tapşırığını
yerinə yetirərkən casarət və şəxsi igidlik göstərərək, düşmən
təxribatının qarşısının alınması zamanı şəhid
olub.
Döyüş tapşırığını yerinə yetirərkən casarət və
şəxsi igidlik göstərdiyinə görə kapitan Məmmədov Fikrət Akif oğlu
ölümündən sonra "İgidliyə görə" medalı verilməsinə təqdim
olunub.
Eyni zamanda düşmən tərəfindən açılan snayper
atəşlərindən 1991-ci il təvəllüdlü gizir Abilov Xudaverdi Fərhad
oğlu şəhid olub, 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman
Dadaşbala oğlu isə ağır yaralanıb. Yaralı əsgər ilkin tibbi yardım
göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib.
Hazırda əsgərin vəziyyəti ağırdır, həkimlərin nəzarəti
altındadır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun
əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə gizir Abilov
Xudaverdi Fərhad oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə
görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin
valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və
səbr diləyir!
Hazırda erməni təxribatının qarşısının alındığı
istiqamətdə vəziyyət sabitdir və Silahlı Qüvvələrimizin tam
nəzarəti altındadır.