Şəki-Qax magistral yolunda avtomobil körpüdən aşıb.
Trend "Kanal S"ə istinadən xəbər verib ki, ötən gün saat 21:00 radələrində Şəki-Qax magistral yolunda yol qəza hadisəsi qeydə alınıb.
Hadisə zamanı Oğuz rayon Şirvanlı kənd sakini Mehdiyev Firuz idarə etdiyi Daewoo Nexia markalı avtomobili ilə Qax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili körpüdən aşırıb.
Xoşbəxtlikdən hadisədə xəsarət alan olmayıb. Lakin hadisə zamanı avtomobil tamamilə yararsız hala düşüb. Qəzanın ilkin olaraq yüksək sürət və idarəetmənin itirilməsi səbəbindən baş verdiyi ehtimal edilir.
Faktla əlaqədar Şəki Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Qəzanın dəqiq səbəbləri aparıalcaq araşdırmalardan sonra bəlli olacaq.