Bakıda yeni institut açıldı
29 May 2014 18:08 (UTC+04:00)
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun
açılışında iştirak edib.
ANS PRESS-in məlumatına görə, dövlət başçısı
institutun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan prezidenti və xanımı institutun
binasında yaradılmış şəraitlə tanış olublar.
Məlumat verilib ki, Respublika İdman Tibb,
Diaqnostika və Reabilitasiya İnstitutu ölkəmizdə idman sahəsində
nailiyyətlərin artırılması üçün lazımi şəraitin təmini, müasir
üsulların işlənməsi, gənc idmançıların potensialının aşkar edilməsi
və xəsarət almış idmançıların reabilitasiyası məqsədi ilə
yaradılıb. Müasir avadanlıqla təchiz edilmiş institutun əsas
fəaliyyət istiqaməti idmançıların və ehtiyat qüvvələrin
diaqnostikası, dispanserləşdirilməsi və müalicə
olunmasıdır.
Qeyd edilib ki, institutun struktur bölmələrinə
təşkili-metodiki iş üzrə laboratoriya, müalicə-dispanserləşdirmə
bölməsi, beş nəfərlik gündüz stasionarı, morfoloji, funksional
diaqnostika, hərəkət sistemlərinin biomexanikası, fiziki təsirlər,
kinezioterapiya və manual təsirlər laboratoriyaları, psixoloji
yoxlama və psixokorreksiya qrupu, əczəxana
daxildir.
Respublika İdman Tibb, Diaqnostika və
Reabilitasiya İnstitutunun binasında yaradılan şəraitlə tanış olan
dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.