Emrahın 2-ci oğlu olacaq !

29 May 2014 18:19 (UTC+04:00)

Sibel Kirerle həyatını birləşdirən Emrah , ıkncı dəfə ata olur. Sevgilisi Sibel Kirerle keçən ilin son aylarında səssiz-sədasız nikah masasına oturan məşhur müğənni Emrah , ikinci dəfə ata olmaq üçün hazırlaşır. Emrah yenicə doğulacaq uşağını dayəyə əmanət etmək istəmir. Bunun üçün anasını yanına gətizdirən müğənni dayələrə heç etibar etmədiyini də açıqlayıb. 


Xatırladaq ki, Emrah , 23 il əvvəl Bursa konsertində tanış olduğu pərəstişkarı Ebru Çolak ilə birlikdə olmuşdu. Məşhur müğənninin bu əlaqədən dünyaya gələn Tayfun adında bir oğlu da var. Emrahın oğlu Tayfun atasının yenidən evlənməsi və daha bir oğlu xəbərinə münasibət bildirib: "Mənim yaşadıqlarımı yaşamasını istəmirəm. Qardaş xəbərini eşidincə şok oldum. Xoşbəxt oldum, nəticədə eyni qanı daşıyacağıq. Atam ilə uzun zamandır danışmırıq , telefonla belə danışmadıq. O uşağın mənim yaşadıqlarımı yaşamasını istəmirəm.Tək istəyim qardaşım mənim yaşadıqlarımı yaşamasın".