Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq, şimşək çaxacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar
Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki,
mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən
buludlu olacaq, arabir tutulacaq. Səhər yarımadanın bəzi yerlərində
qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz cənub-şərq küləyi
əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-21,
gündüz 24-29 dərəcə isti olacaq.
Yaxın iki gün ərzində biometeorolji amillərin normal
sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Mayın 30-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında
şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb
küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 16-20, gündüz 28-33,
dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.