Ana olduqdan sonra sənətində yeniliklər edən müğənni Ayan Babakişiyeva yay istirahətini də unutmayıb.
Mövqe.az xəbər verir ki, axşam.az-a açıqlamasında sənətçi artıq gedəcəyi şəhərin adını müəyyən etdiyini bildirib. O, səfərə qardaşı ilə yola düşəcək:
"Qardaşım Samirlə Barselonaya getməyi düşünürük. Selenasız gedəcəyim üçün tətil yəqin ki, qısa çəkəcək. Həkimi 6 ayına kimi qızıma ölkəni tərk etməməyi məsləhət görür".
Ayan ailəsi ilə Azərbaycanın guşələrinə də baş çəkəcəyini söyləyib.