"Fənərbaxça" klubunun futbolçusu Mehmet Topal, türk serialında çəkilib.
Movqe.az fanatik.com-a istinadən xəbər verir ki, futbolçu kanal "D"nin sevilən "Kiçik Ağa" serialında rol alıb.
Baş rolları Sarp Levendoğlu, Birce Akalay və Əmr Bərkə Zindicinin
çəkildiyi serialda, Topal idman səhnəsində aktyorluq məharətini
sərgiləyib.
Çəkliş arası aktyor və texniki işçilərlə xatirə şəkilləri çəkdirən məşhur futbolçu, "Kamera qarşısında olmaq çətin imiş, amma olduqca maraqlı və əyləncəli idi" dedi.