ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah Azərbaycana gəlir

30 May 2014 16:06 (UTC+04:00)

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Russiya) və Jak For (Fransa) sabah – mayın 31-də Azərbaycana səfər edəcəklər.


Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Həmsədrlər prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin gedişi müzakirə olunacaq