Boksçumuz revanşa doğru

30 May 2014 15:45 (UTC+04:00)

Ölkəmizi və "Qəbələ" İdman klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov alman Matias Pelklə iyunun 7-də Almaniyada revanş döyüşü keçirəcək.


Movqe.az-ın klubun rəsmi sayıtına istinadən verdiyi xəbərə görə, peşəkar boksçumuz döyüş öncəsi mətbuat konfransı keçirəcək. 


Sabah saat 12:00-da Qəbələdə jurnalistlərin önünə çıxacaq boksçumuz, keçiriləcək döyüş haqda məlumat verəcək.


Qeyd edək ki, peşəkar dəri əlcək təmsilçimiz Matias Pelklə ötən ilin dekabırında üz-üzə gəlmişdi. Lakin boksçumuz həmin döyüşü ağır zədə səbəbindən yarımçıq dayandırmış və texniki məğlubiyyət almışdı.

Buna Farizin döyüşdən əvvəl bir qabırğasının sınması da səbəb olmuşdu. Bu dəfə tərəflər revanş matçında münasibətlərinə aydınlıq gətirəcəklər.