Səfər çərçivəsində qonaqlar Şəki rayonunda məcburi
köçkünlər üçün yeni salınmış "Çələbixan" qəsəbəsinə baş çəkib,
burada məskunlaşan köçkün ailələrindən birinin qonağı olub, çay
süfrəsi ətrafında səmimi söhbət ediblər. Qonaqların diqqətinə
çatdırılıb ki, 2012-ci ilin sentyabrında Prezident İlham Əliyevin
iştirakı ilə açılışı olan bu qəsəbədə 423 məcburi köçkün ailəsi
yaşayır.
Sonra nümayəndə heyəti qəsəbədə fəaliyyət göstərən
məktəbdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, qəsəbədə, həmçinin uşaq
bağçası, klub-icma mərkəzi, həkim məntəqəsi və poçt binası inşa
edilib.
Şəkiyə səfəri çərçivəsində Böyük Britaniya
Parlamentinin nümayəndə heyəti şəhərin görməli yerlərini gəzmiş,
XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki
xanlarının sarayı və XIX əsrə aid "Yuxarı Karvansaray"
mehmanxana-kompleksi ilə tanış olub.