Atatürkün xanımının əşyaları satıldı (FOTO)
31 May 2014 11:17 (UTC+04:00)
Mustafa Kamal Atatürkün həyat yoldaşı Lətifə
xanımın şəxsi əşyaları hərraca çıxarılıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
"Artı Mezat" tərəfindən həyata keçirilən hərracda ailəyə aid nadir
eksponatlar yer alıb.
"Xüsusi kolleksiyalar hərracı"nda Atatürkün həyat
yoldaşı Lətifə Hanımın qardaşı oğlu Muammər Erboya qalan əsərlər
yeni sahiblər tapıb.
Həracda olan gümüş qaşıqlıq 3500 lirəyə, gümüş
qədəhlər 1500 lirəyə, samovar isə 4000 lirəyə
satılıb.
Hərracın ən qiymətli əsəri Fausto Zonaroya aid
taxta üzərində yağlı boya ilə işlənmiş "Qalata körpüsü" adlı əsər
olub. 150 min lirə ilə satışa çıxarılan əsər 180 min lirəyə
satılıb. Ümumilikdə təqdim edilən 153 kolleksiya hərracda iştirak
edən sənət adamları və kolleksonerlərin marağına səbəb olub.