Qəzada xəsarət alanlardan yeni xəbər

31 May 2014 18:00 (UTC+04:00)
Bakı-Qazax yolunda baş verən qəza nəticəsində xəsarət alanlardan ikisi evə buraxılıb. Movqe.az xəbər verir ki , bu barədə Yevlax rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Niyaz Hüseynov deyib. Onun sözlərinə görə, 1985-ci l təvəllüdlü Məsiyev Səxavət İlyas oğlu və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Məsiyeva Şükranə Nuşirəvan qızının vəziyyəti normallaşdığı üçün bu gün evə buraxılacaq.

Həkim bildirib ki, xəsarət alanlardan ikisinin vəziyyəti isə ağır olaraq qalmaqdadır. Onun sözlərinə görə, 1978-ci il təvəllüdlü Mətiyev Ceyhun İlyas oğlu cərrahiyə, 1965-ci il təvəllüdlü Quliyeva Zemfira İdris qızı isə reanimasiya şöbəsindədir. Mətiyev Ceyhun İlyas oğlu qapalı kəllə-beyin travması aldığına görə, yenidən əməliyyat oluna bilər.

Xatırladaq ki, ötən gün Bakı-Qazax yolunda "SHACHMAN" markalı yük maşını ilə "Ford" markalı sərnişin mikroavtobusu toqquşmuşdu. Hadisə nəticəsində 4 nəfərin ölmüş, 8 nəfər isə ağır xəsarət almışdı.