Məktəblərdə tətil qısalır
31 May 2014 19:07 (UTC+04:00)
Azərbaycanda orta məktəblərdə təhsil müddətinin
uzadılması və tətillərin qısaldılması tətbiq
olunacaq.
Movqe.az xəbər verir ki, bunu jurnalistlərə təhsil
naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, təhsil
müddətinin uzadılması və tətillərin qısaldılması yeni tədris
ilindən tətbiq edilməyə başlanacaq.
"Hazırda bu istiqamətdə işlər davam etdirilir", -
deyə nazir bildirib.
M.Cabbarov dövlət proqramı çərçivəsində xaricdə
təhsil almaq istəyənlər üçün sənəd qəbulu ilə bağlı da açıqlama
verib. O, bildirib ki, sənədlərin qəbulu ilə bağlı bütün
müraciətlər elektron formada həyata keçiriləcək.