Sarkisyan Astanada çətin vəziyyətə düşdü

31 May 2014 20:12 (UTC+04:00)
Ermənistan prezidenti Astanadan çox kədərli halda qayıtdı. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq millət vəkili Ovanes İqityan deyib. Onun sözlərinə görə, Serj Sarkisyan Qazaxıstandan qayıdanda çox narahat görünürdü.

"Astana görüşünə qədər jurnalistlər Ermənistan prezidentinə Dağlıq Qarabağın taleyi ilə əlaqədar suallar verəndə Serj Sarkisyan və onun komandası əminliklə deyirdi ki, Astanada Qarabağın sərhəd məsələsi ilə bağlı heç bir problemi olmayacaq. Lakin Sarkisyan Qazaxıstanda çox çətin vəziyyətə düşdü", deyə O.İqityan deyib.

Sabiq millət vəkili hesab edir ki, S.Sarkisyan Ermənistan və Dağlıq Qarabağ arasında sərhəd məsələsi qaldırılanda etiraz etməli idi. Lakin o, vaxtı uzatmaqdan başqa heç nə etmədi.

Xatırladaq ki, Astanada baş tutan toplantıda yeni Avrasiya İqtisadi İttifaqının yaradılması ilə bağlı sənədi 3 ölkə - Rusiya, Belarus və Qazaxıstan imzalayıb. 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev toplantıda deyib: "Biz Azərbaycan prezidentinin məktubunu almışıq. Bütün prezidentlər alıb. Ermənistan Ümumdünya Ticarət Təşkilatına BMT tərəfindən tanınmış beynəlxalq sərhədləri çərçivəsində üzv qəbul olunub və indi də qaydalar Ermənistan ərazisinə bu prinsiplə şamil edilməlidir. Biz bunu bu gün həll etməyək, sadəcə müzakirə üçün deyirəm. Biz bütün sualları bağlamalıyıq ki, biz necə edirik. Razıyıq, elədirmi? Onda birinci məsələ üzrə qərar var".

Ermənistan prezidentinin çətin vəziyyətə düşməsi ilə bağlı video bu linkdə - Sarkisyan matdım-matdım baxdı (VİDEO