Komitə sədri 7 rayonun vətəndaşlarını qəbul edəcək
31 May 2014 22:05 (UTC+04:00)
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Qərib Məmmədov iyunun 5-də saat 10.00-da İmişli şəhərində yerləşən
Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların
qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı
müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün
müvafiq tədbirlər görürlər..
Komitədən bildiriblər ki, qəbulda İmişli,
Biləsuvar, Beyləqan, Saatlı, Cəbrayıl, Füzuli və Xocavənd
rayonlarından olan vətəndaşlar iştirak edə
bilərlər.