İlin şahmat çempionu müəyyənləşdi

8 İyun 2014 13:09 (UTC+04:00)
Qrossmeyster Ülvi Bacarani 2014-cü ilin Azərbaycan çempionu olub. 

Movqe.az Anspress-ə istinadən xəbər verir ki, Çempionatın sonuncu turunda Zaur Məmmədovla görüşdə qalib gələrək 7 mümkün xaldan beş xal toplamış Ü.Bacarani qızıl medalın sahibi olub.

Nicat Abbasov 4,5 xal, Azər Mirzəyev və Vüqar Rəsulov isə hərəyə 4 xal toplayıblar.

Sumqayıtlı Misrəddin İsgəndərovun, habelə Zaur Məmmədov və Sərxan Quliyevin hərəsinin aktivində 3 xal var, Bəhruz Rzayev isə 1,5 toplayıb.

Yarışda iştirak edən 8 idmançıdan 5-i beynəlxalq dərəcəli qrossmeyster, 3-ü isə beynəlxalq dərəcəli ustadır.

Yarış dairəvi sistem üzrə keçirilib.