Nigeriyada Pasxa günündə hücum: 38 nəfər ölüb

9 Aprel 2012 12:42 (UTC+04:00)

Nigeriya Pasxa günündə yenə bir şiddətlə qarşılaşıb. Kaduna şəhərində kilsəyə gedən xristianlar bomba ilə hədəfə alınıb. 38 adam həyatını itirib. Hücum zamanı yaralananlar da olub. Kaduna, Nigeriyanın əksəriyyəti müsəlman olan şimal ərazisi ilə xristian və aministlərin çox olduğu cənub bölgəsi arasında qalan bir şəhərdir.

Nigeriyada Boko Haram adlı şəriət  tərəfdarı təşkilat tez-tez  xristianları hədəf alır, lakin bu hücumda təqsirkar olduğunu  hələ boynuna almayıb.


Yusifova Ziba